» » Bu da 3 gözlü buzov - Kürdəmirdə doğulub


Bu da 3 gözlü buzov - Kürdəmirdə doğulub

28-01-2017, 15:55
Oxunub: 474
Çap et
Bu da 3 gözlü buzov - Kürdəmirdə doğulubKürdəmirdə üç gözlü buzov doğulub. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarasu kənd sakini Araz Mətətova məxsus fərdi təsərrüfatda qeydə alınıb.

Təsərrüfat sahibinin sözlərinə görə, belə bir hadisəyə birinci dəfədir rast gəlir.

Baş verən hadisə sakinlərin böyük marağına səbəb olub. Hadisənin digər maraqlı tərəfi isə heyvanın hər 3 gözündə görmə qabiliyyətinin normal olmasıdır. Kürdəmir rayon kənd təsərrüfatı idarəsinin heyvandarlıq şöbəsinin rəisi Cahan Zülfüqarovun sözlərinə görə, belə hadisələr əsasən heyvanın ana bətnində inkişafı zamanı əmələ gələn patoloji haldır.

Bu da 3 gözlü buzov - Kürdəmirdə doğulub



Reytinq: