Lənkəranda atışma: yaralanan varAxşam saatlarında Lənkəran rayonunda silahlı insident baş verib. Qaynarinfo.Az report.az-a istinadən bildirir ki, hadisə rayonun Bürcəli kəndində qeydə alınıb. Atışma nəticəsində 1985-ci il təvəllüdlü Abbasov Taleh Rəfqan oğlu odlu silah yarası alıb və xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat otağına göndərilib. Zərərçəkənin atası Abbasov Rəssamın sözlərinə görə, oğlu 4 nəfərlə mübahisə edib və bu zəmində ona atəş açılıb. Reytinq:
|
| Ən çox oxunanlar
Xəbər lenti
|