» » SON DƏQİQƏ: Şəmkirdə toy yasa döndü: 9 yaralı var


SON DƏQİQƏ: Şəmkirdə toy yasa döndü: 9 yaralı var

4-01-2017, 23:35
Oxunub: 369
Çap et
SON DƏQİQƏ: Şəmkirdə toy yasa döndü: 9 yaralı var


Herxeber.com apa-ya istinadən verdiyi məlumata görə, rayonun Abbaslı kəndi ərazisində toy karvanı ilə hərəkət edən "Opel" markalı avtomobil qarşı tərəfdən gələn "VAZ-2106" markalı avtomobillə toqquşub.

Qəzasında xəsarət alanların sayı 9 nəfərə çatıb.

Xəstəxanaya yerləşdirilən 1989-cu il təvəllüdlü Səadət Məmmədova, 1964-cü il təvəllüdlü Nurəddin Nağıyev, 1993-cü il təvəllüdlü Ruslan İbrahimov və 1978-ci il təvəllüdlü Könül Cabbarovadan başqa, 1989-cu il təvəllüdlü Şəhla Əhmədova, 2008-ci il təvəllüdlü İsmayıl Qarayev, 2009-cu il təvəllüdlü Fatimə Namazova, 2013-cü il təvəllüdlü Gülay Namazova və Anar adlı azyaşlı da müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.



Reytinq: