DataLife Engine > Araşdırma > İŞİD-in əlindəki "Toyota" markalı ciplər haradandır? - Araşdırma

İŞİD-in əlindəki "Toyota" markalı ciplər haradandır? - Araşdırma


7-10-2015, 16:50. Разместил: sehriyar İŞİD-in əlindəki "Toyota" markalı ciplər haradandır? - AraşdırmaABŞ Maliyyə nazirliyinin antiterror departamentin İŞİD-in əlində niyə bu qədər “Toyota” marakalı cip və pikapın olması ilə maraqlanıb.

Avropa.info xəbər verir ki, bununla bağlı “Toyota” şirkətinə rəsmi sorğu göndərilib. Avtomobil konsernində bildiriblər ki, onlar “Toyota”ların İŞİD-in əlinə necə düşməsindən xəbərsizdirlər.

“Toyota”nın qaydalarına görə onun avtomobillərini hərbi məqsədlə modernləşdirmək və maşınların bu işlə məşğul olan şəxslərə satılması qadağandır. Ancaq bununla bərabər, şirkət vasitəçilər yolu ilə satılmış avtomobillərə nəzarət imkanına malik deyil. Suriyanın özünə belə “Toyota”ların satışı 2014-cü ildə dayandırılıb.

“Toyota”dan başqa İŞİD-in əlində “Mitsubishi”, “Hyundai”, “İsuzu” markalı ciplər də var.

ABC News kanalının məlumatına görə, 2014-cü ildə müxalifətə dəstək olaraq ABŞ Dövlət Departamenti suriyalı müxaliflərə 43 “Toyota” markalı cip göndərib. Bundan əlavə son iki il ərzində şirkətin Sidney zavodunda 800 avtomobil yoxa çıxıb. Ehtimal edilir ki, avtomobillər İŞİD-ə ötürülüb.
Вернуться назад