» » Hakim komandada daha kimlər "vurulacaq" - Şok qərarlar gözlənilir


Hakim komandada daha kimlər "vurulacaq" - Şok qərarlar gözlənilir

15-10-2015, 12:38
Oxunub: 901
Çap et
Nazirlər Kabinetinin 2015-ci ililn 9 ayının yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyevin etdiyi çıxış bir neçə gündür müzakirə olunmaqdadır.
Hakim komandada daha kimlər "vurulacaq" - Şok qərarlar gözlənilir

Mia.az xəbər verir ki, prezidentin xüsusilə Azərbaycandakı iqtisadi vəziyyəti tənqid etməsi, sahibkarlara mane olan halların aradan qaldırılması ilə bağlı sərt tələbləri, monopoliyanın iqtisadiyyatı necə çökdürdüyü haqda şərhi və sadalanan problemlarin qısa müddət ərzində həll olunması tapşırığı ölkə gündəmini zəbt edib. Belə ki, bu bir neçə gündə prezidentin çıxışı ən müxtəlif səviyyələrdə şərh edilir, səslənmiş tələblərə müxtəlif dairələrən dəstək ifadə olunur. Bildirilir ki, monipoliyanın aradan qaldırılması həll olunmazsa, o zaman hazırkı iqtisadi, maliyyə böhranının fonunda Azərbaycanda vəziyyətin daha da kəskin forma alacağı qaçılmazdır.

Bu arada isə "Azadlıq” qəzeti nəqliyyat naziri Ziya Məmmədovdan sonra hədəfə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun gələcəyi haqda xəbər yayıb. Qəzet yazır ki, redaksiyaya daxil olan xəbərdə Ziya Məmmədovla bağlı başlayan prosesin əslində hakimiyyətdəki "oliqarx ovu” planının tərkib hissəsi olduğu qeyd olunur. Mənbə bildirib ki, Kəmaləddin Heydərov da böyük gücə malik və həm də böyük iddiaları olan məmurdur. Ölkə başçısı İlham Əliyevin bir neçə gün əvvəl Nazirlər Kabinetində keçirdiyi iclasda idxalda monopoliyanı açıq mətnlə vurması əslində Kəmaləddin Heydərovun da sıradan çıxarılacığının mesajı sayıla bilər.
Hakim komandada daha kimlər "vurulacaq" - Şok qərarlar gözlənilir


Qəzet yazır ki, təsadüfi deyil İlham Əliyevin bu çıxışından sonra deputat Yevda Abramov "idxal mafiyası”nı "vurub”. O, bildirib ki, Rusiya tərəfi Azərbaycana istənilən qədər məhsul gətirməyə icazə verir. Amma Azərbaycan sərhədindən 10 kq-dan artıq məhsul keçirməyə qoymurlar: "Niyə icazə verilmir? 10 kilodan çox olanda nə olar ki? Bu sənin insanındır. Sərhəddə balıqların başı kəsilir, kolbasalar kəsilir, artıq yüklər orada yerə atılır. Eyni zamanda, bu il ”Kənd təsərrüfatı ili”dir. Rayonların çoxunun deputatı buna çıxışında toxunmadı, yəqin hiss etməyiblər. Şəmkirdən xiyarı aparıb Rusiyada satmaq istəyir, amma neçə gündür sərhəd məntəqəsindən keçə bilmir, nəticədə onu 2 qəpiyə verir. Bu il qara gavalının qiyməti 10 qəpikdən yuxarı qalxmadı. Mən də deyirəm ki, iş yerləri açılsın. SSRI dövrünün tədarük məntəqələri bərpa edilsin”.

Deputat Fəzail Ağamalı da həmkarının fikirlərinə dəstək verib. Deputat deyib ki, Azərbaycana idxal olunan məhsulların kimlərin razılığı olmadan keçirilə bilmədiyini yaxşı bilir: "Azərbaycan xalqı qabiliyyətli xalqdır. Ona imkan verilsə, problemlərini özü həll edə bilər. O zaman heç neftə də ehtiyac qalmaz. Biz prezidentimizlə bərabərik. Bizim sədaqətimizə şübhə yoxdur. Prezidentin müşavirədə səsləndirdiyi çağırışa səs verməliyik. Kim buna səs vermirsə, o xəyanətkardır, Azərbaycan əleyhinə koalisiyasının tərkibində yer alır”.

Ölkədə idxalın Kəmaləddin Heydərovun nəzarətində olduğu sirr deyil. Güman ki, Fəzail Ağamalı və Yevda Abramov da bunu bilir. Bu halda onların səsləndirdiyi fikirlərin müstəqil mövqe olduğunu düşünmək sadəlövhlük olardı.



Reytinq: