» » Yanan binada özbaşınalıq (VİDEO)


Yanan binada özbaşınalıq (VİDEO)

22-05-2015, 18:36
Oxunub: 1737
Çap et
İstintaq hadisənin səbəblərini və prosesin baş vermə şəraitini araşdırır

Yanan binada özbaşınalıq (VİDEO)Binaqədi rayonunda 14 binanın penoplast lövhələrlə üzlənməsi üçün heç bir müqavilə bağlanmayıb.

milliyyet.az-ın məlumatına görə, bu barədə ANS TV-nin “Xəbərsizsiniz” verilişində Binəqədi rayonundan millət vəkili seçilmiş Rəfail Cəbrayılov bildirib.

Onun sözlərinə görə, fakt artıq istintaq səviyyəsində təsdiqlənib. Lakin bununla bağlı məsələ fundamental arışdırılmalıdır. “Məsələ ilə bağlı araşdırmalar davam edir və şübhəli şəxs qismiində 4 nəfər həbsə alınıb. Amma bununla belə, istintaqın nəticələrini gözləmək lazımdır. İstintaq nəinki hadisənin səbəblərini, həmçinin prosesin baş vermə şəraitini araşdıracaq”, - deyə Rəfail Cəbrayılov vurğulayıb.

Millət vəkili bildirib ki, binalar təmir olunmazdan öncə həmin lövhələr müvafiq qurumlar tərəfindən yoxlanılmayıb.

Tam versiya videoformatda:


Mənbə
ANS PRESS



Reytinq: