» » Bizə qızıl dükanları lazımdır, yoxsa xəstəxanalar... - Virusdan itirənlər və qazananlar


Bizə qızıl dükanları lazımdır, yoxsa xəstəxanalar... - Virusdan itirənlər və qazananlar

30-04-2020, 16:41
Oxunub: 124
Çap et
Bizə qızıl dükanları lazımdır, yoxsa xəstəxanalar... - Virusdan itirənlər və qazananlar


Aprelin 27-dən məhdudiyyətlər bir qədər yumşaldılıb. Müəyyən qrup insanlar işə çıxa bilirlər.
Bu siyahının hansı əsaslarla və meyarlarla müəyyənləşdirilməsi bilinmir. Əhalinin böyük hissəsinin dövlətin verdiyi 190 manat üstündə marafona çıxdığı bir zamanda o qızıl dükanlarına kimlər gedəcək, hansı pulla alver edəcək? Halbuki bir çox xəstəliklər var ki, biz onlar üçün ayrı vaxt həkimə getməyə zaman ayıra bilmirdik, bu müddətdə həll edə bilərdik. Qəribə məntiqdir.
Bizə qızıl dükanları lazımdır, yoxsa xəstəxanalar... - Virusdan itirənlər və qazananlar

Qubad İbadoğlu Qubad İbadoğlu
İqtisadçı alım Qubad İbadoğlu Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, görünür burada müəyyən korporativ maraqlar əhəmiyyətli rol oynayıb. “Bu, biznesin ziyanınadır, çünki, alıcılıq qabliyyətinin aşağı olması səbəbindən biznesin gəlirləri xərclərini ödəyə bilməyəcək. Digər tərəfdən də nədən iş icazəsi olanlar arasında bərbərxanalar, gözəllik salonları, fitness salonları olmasın. Onsuz da bərbərxanalar, gözəllik salonlarında iş bu gün obyektlərdə olmasa da, evlərdə davam etdirilir. Görünür ki, siyahının genişləndirilməsi hökümətin özünü məsuliyyətdən azad edərək, biznesə və işçilərə dəstək proqramını dayandırmaq istəyi ilə bağlıdır”.

Artıq bir aydan çoxdur Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, risk qrupuna daxil olan və yaşı 65-dən yuxarı olan tibb işçilərinin karantin dövründə müvəqqəti olaraq işlərinə fasilə verilib.

Aprelin 27-dən məhdudiyyətlər bir qədər yumşaldılıb. Qərara əsasən, maşın alverçiləri, müxtəlif kiçik ticarətlə məşğul olanlar, baytarlar və sair peşə sahibləri öz işləri ilə məşğul ola bilərlər. Xəstəliklərlə mübarizə aparmalı olan həkimlərin böyük bir qismi isə TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi – red.) göstərişi ilə evdə oturublar. Bu da yaşlı və xroniki xəstəlliyi olan həkimləri narahat edir.

Üstəlik poliklinikalarda müxtəlif profilli həkimlərin bir qrupunun işləməsinə icazə verilib. Bir sözlə, bu məsələdə qarışıqlıq yox deyil. Yəni lazım olanda hansısa həkim evdən zəng əsasında gəlib gizlicə işini görüb gedir. Bu münasibətlə açıq şəkildə əməkhaqqı da tələb edir. “Sənə görə evdən çıxıb gəlmişəm”. Şəxsən mən özüm bu günlərdə arayış almaq üçün həkimə 30, tibb bacısına 5 manat, əlimdə DİN tərəfindən verilmiş icazə kağızı olmasına baxmayaraq, “mayın 4-dək arayış verməməliyəm” deyən və hər cür bəhanə ilə əngəl törədən “JEK” müdirinə 30 manat verməli oldum (Bu ayrı bir yazının mövzusudur, ona da qayıdacağıq - red.). Koronavirus bu ölkədə hərəyə bir cür ziyan, bir cür mənfəət gətirməkdədir.
Bizə qızıl dükanları lazımdır, yoxsa xəstəxanalar... - Virusdan itirənlər və qazananlar

Musa Quliyev
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Bizimyol.info-ya bildirib ki, insanlarımızın çoxu məsələnin nə qədər ciddi olduğunu başa düşmür. Havalar istilənib, insanlar arxayınlaşıb. Son günlərdə artıq koronavirusa yoluxanların artdığını görürük. Bu bizi narahat edib, düşündürməlidir. Ola bilər ki, Operativ Qərargah karantin rejimini uzada bilər. Yaxud da ikinci dalğa gəlsə, uzunmüddətli karantin rejiminə keçə bilərik. Lazım olmayan vaxtlardan insanlar çölə çıxmalı deyillər. Sosial məsafəni qoruyaraq izolyasiya qaydalarına riayət edilməlidir, bu kobud şəkildə pozulmaqdadır. Koronavirus çox ciddi məsələdir. Vətəndaşların belə tez arxayınlaşması bizi narahat edir".

Cəmiyyətdə qəribə ikitirəlilik yaranıb. Koronavirusa inananlar və inanmayanlar, ondan qorxanlar və qorxmayanlar. İnananlar hesab edirlər ki, inanmayanlar bu karantin müddətinin uzanmasına, yoluxma sayının artmasına səbəb olurlar və onların sağlamlığına, zamanına qəsd edirlər.

İnanmayanlar isə... Onlar onsuz da öz işlərində-güclərində və çox zamanda yaranmış vəziyyətdən istifadə edib qazanc götürməklərindədirlər.



Reytinq: