» » Kobud qayda pozuntusu edən yol polisi ilə bağlı araşdırma başladı – Video


Kobud qayda pozuntusu edən yol polisi ilə bağlı araşdırma başladı – Video

16-08-2019, 15:46
Oxunub: 55
Çap et
Kobud qayda pozuntusu edən yol polisi ilə bağlı araşdırma başladı – Video


Azərbaycanda yol polisinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması kameralara düşüb.
Görüntülərdə 99-YP-943 dövlət nömrə nişanlı, “BMW” markalı avtomobilin magistralda aşağı sürətlə yolun sol tərəfi ilə hərəkət etməsi əks olunub.

Yol polisi bu zaman qəza işıqlarını yandırıb və əli ilə sürücülərə onu sağ tərəfdən ötüb keçmələrini işarə edib.

“Yol hərəkəti haqqında” qanunda da qeyd olunur ki, yolun sağ zolağı boş olduğu halda sol zolaqla hərəkət etmək qadağandır. İnzibati Xətalar Məcəlləsində bu əmələ görə 327.1-ci maddə ilə 40 manat cərimə nəzərdə tutulur. Qanunun 51-ci maddəsinin II hissəsində isə deyilir ki, relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir.

Respublika Baş Dövlət Yol Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, faktla bağlı araşdırmalar başlanılıb.



Reytinq: