» » Hərbi xidmətə aparılan görmə qabiliyyəti zəif olan gənclə bağlı rəsmi açıqlama


Hərbi xidmətə aparılan görmə qabiliyyəti zəif olan gənclə bağlı rəsmi açıqlama

25-07-2019, 23:44
Oxunub: 29
Çap et
Hərbi xidmətə aparılan görmə qabiliyyəti zəif olan gənclə bağlı rəsmi açıqlama


Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Miofiya Miofik Astiqmatizm xəstəliyindən əziyyət çəkən lakin bir neçə gün öncə hərbi xidmətə aparılan 2001-ci il təvəllüdlü gənclə bağlı açıqlama verib.
Bizimyol.info-da daxil olan açıqlamada bildirilir ki, 15 faiz görmə qabiliyyəti olan 2001-ci il təvəllüdlü Abdıyev Rəşid Abdı oğlu həkim müayinəsindən keçdikdən sonra 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “Hərbi xidmətə yararlı” hesab edilmişdir:

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır.
Hərbi xidmətə aparılan görmə qabiliyyəti zəif olan gənclə bağlı rəsmi açıqlama

Araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2001-ci il təvəllüdlü Abdıyev Rəşid Abdı oğlu 2019-cu ilin iyul çağırışına hazırlıqla əlaqədar Suraxanı rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhəti ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmişdir. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, R.A.Abdıyev rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “Hərbi xidmətə yararlı” hesab edilmişdir.

R.A.Abdıyev müddətli həqiqi xidmət keçmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin daxili bölgüsünə əsasən müvafiq saylı hərbi hissəyə təyin edilmiş və 24.07.2019-cu il tarixdə təyin olunduğu hərbi hissəyə təhvil verilmişdir”.



Reytinq: