» » Bakıda ağacların dibinə yandırıcı maddə tökülməsinə görə 1 nəfər tutuldu


Bakıda ağacların dibinə yandırıcı maddə tökülməsinə görə 1 nəfər tutuldu

24-07-2018, 17:14
Oxunub: 211
Çap et
Bakıda ağacların dibinə yandırıcı maddə tökülməsinə görə 1 nəfər tutuldu


Bakının Yasamal rayonunda ağacların dibinə yandırıcı maddə tökülməsi ilə bağlı aparılan araşdırmalar çərçivəsində 1 nəfər saxlanılıb.

Bu barədə məlumatı REAL-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov verib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 260.2 maddəsi ilə (Yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla çirklənməsi nəticəsində, meşələri və ya meşə fonduna aid olmayan ağac və ya kol əkililəri məhv etmə və ya korlama) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Zəngilan sakini, hazırda Yasamal rayonunda məskunlaşmış 1976-cı il təvəllüdlü Real Göyüşov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.



Reytinq: