» » Axtarışda olan qalmaqallı polis rəisinin oğlunun sorağı Azərişıqdan gəlir


Axtarışda olan qalmaqallı polis rəisinin oğlunun sorağı Azərişıqdan gəlir

24-07-2018, 17:01
Oxunub: 155
Çap et
Axtarışda olan qalmaqallı polis rəisinin oğlunun sorağı Azərişıqdan gəlir


Milliyet.az xəbər verir ki, Azinforum.az-ın əldə etdiyi məlumata görə, 2005-ci ildən başlayaraq adı bir sıra çeşidli qalmaqallarda hallanan və hazırda ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarılan sabiq polis rəisi Cavadağa Sultanovun Nail adlı oğlu “Azərişıq”-da rəhbər vəzifələrdən birini tutur. Hazırda qurumun mərkəzi ofisində mühəndis kimi çalışan həmin şəxsin “Azərişıq” rəhbərliyi ilə çox isti münasibətlərinin olduğu, hətta bu yaxınlarda daha yüksək posta təyinat alacağı gözlənilir. Maraqlıdır ki, həmin strukturda çalışan işçilərin çoxu Nailin Cavadağa Sultanovla uzaq qohumluq əlaqəsinə mailik olan şəxs kimi tanıyır. Bu da onu deməyə əsas verir ki, həmin adamın əsl kimliyi ətrafdakılardan məqsədli şəkildə gizlədilir(?). Biz başa düşürük ki, qanunvericiliyə görə, oğul ataya cavabdeh deyil. Amma Azərbaycan reallıqlarında belə detallara xüsusi önəm verildiyi üçün, bu məsələ diqqətimizi cəlb etdi. Nailin Cavadağa Sultanovla hansı qohumluq tellərinə mailk olmasını rəsmi şəkildə aydınlaşdırmaq üçün , ”Azərişıq”a etdiyimiz zənglərə cavab verənlərdən heç kim bu məsələni şərh etmək istəmədi.

Xatırladaq ki, Cavadağa Sultanov Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini, ondan əvvəl isə Binəqədinin polis rəisi işləyib.
Bu şəxsin adı yaddaşlarda daha çox DİN-in baş əməliyyat müvəkkili, polkovnik Hacı Məmmədovun işi ilə bağlı keçən proseslərlə bağlı qalıb.
C.Sultanovun adı H.Məmmədov və bandasının fəaliyyətindən xəbərdar olan, həmçinin bu banda ilə əlbir olan yüksək rütbəli polis zabitlərinin sırasında çəkilirdi.
H.Məmmədovun məhkəməsində C.Sultanovun adı şahid qismində keçib və o, məhkəmədə ifadə verib. Həmçinin H.Məmmədovun işi ilə bağlı C.Sultanov barəsində ayrıca cinayət işi başlanıb. C.Sultanov Daxili İşlər nazirinin 23 mart 2005-ci il tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib. O, sabiq İqtisadi İnkişaf naziri Heydər Babayevin qardaşı Yaşar Babayevin qudasıdır.

Həmin hadisələrdən sonra ölkəni tərk edən Cavadağa Sultanovun sonrakı sorağı Dubaydan gəlməyə başladı. 2013-cü ildə Sultanov Birləşmiş Ərəb Əmirlikləri polisi tərəfindən həbs edildi. C.Sultanovun həbsinə səbəb Dubayda biznes sövdələşmələri zamanı 7 milyon dollar öhdəliyini yerinə yetirməməsi olmuşdu. Bir müddət həbsdə qalan C. Sultanovun lazımi öhdəlikləri yerinə yetirdikdən sonra azadlığa buraxıldığı bildirilir. Onun hazırda hansı ölkədə olması məlum deyil.
Yazıda adları çəkilən şəxslərin və “Azərişıq”ın da mövqeyinə yer verməyə hazırıq.



Reytinq: