» » Azərbaycanın xarici borcu niyə 4 milyard artıb? (SƏBƏB)


Azərbaycanın xarici borcu niyə 4 milyard artıb? (SƏBƏB)

17-02-2018, 13:34
Oxunub: 246
Çap et
Azərbaycanın xarici borcu niyə 4 milyard artıb? (SƏBƏB)


Maliyyə Nazirliyi Azərbaycan Respublikasının xarici dövlət borcunun illik müqayisədə dörd milyard manat artmasının səbəbini açıqlayıb.

Milliyet.az xəbər verir ki, "APA-Economics”in sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev bildirib ki, əvvəlcədən də bəyan olunduğu kimi, "Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin tərkib hissəsi kimi ötən ilin sentyabr ayında ABB-nın xarici öhdəliklərinin könüllü restrukturizasiyası planı qəbul edilib və bu plan bankın kreditorlarının mütləq əksəriyyəti tərəfindən dəstəklənib.

Onun sözlərinə görə, həmin plana uyğun olaraq "Beynəlxalq Bank”ın xarici kreditorlar qarşısında olan xarici valyutadakı borcunu dövlət öz üzərinə götürüb ki, bu da xarici dövlət borcunun 30%-dən çox artmasına gətirib-çıxarıb.

"Ötən il bu məsələ ilə bağlı dəfələrlə həm Maliyyə Nazirliyi, həm də "Azərbaycan Beynəlxalq Bankı” tərəfindən mətbuata geniş məlumatlar verilib.

Ona görə də xarici dövlət borcunda baş verən bu artımın bilərəkdən və ya bilməyərəkdən yeni və gözlənilməz bir xəbər kimi təqdim olunması, ayrı-ayrı iqtisadçılar tərəfindən müxtəlif cür yozulması təəccüblüdür və başadüşülən deyil”, - deyə nazirlik rəsmisi vurğulayıb.



Reytinq: