» » Teleqüllə yaxınlığında yaşayan sakinlər: Heç yerə köçən deyilik – FOTO


Teleqüllə yaxınlığında yaşayan sakinlər: Heç yerə köçən deyilik – FOTO

25-01-2018, 16:36
Oxunub: 361
Çap et
Teleqüllə yaxınlığında yaşayan sakinlər: Heç yerə köçən deyilik – FOTO


Min bir əziyyətlə kredit götürüb ev tikmişik. İndi isə deyirlər, evindən çıx, çünki sürüşmə ola bilər.

Bunu Milliyet.Az-a Səbail rayonunun Bayıl yamacında (Teleqüllə yaxınlığında), sürüşmə sahəsində yaşayan sakinlər bildiriblər.

Onların sözlərinə görə, ərazidəki tikililərin çoxunun sənədi yoxdur:

“Tikinti başlayanda müvafiq olaraq İcra Hakimiyyətindən, Mənzil Kommunal və Texniki Xidmət Sahələri və polisdən icazə almışıq. Burada daşı daş üstündə qoyanda dövlət nümayəndələri peyda olur. İndi isə deyirlər, gizli tikmisən, bu necə olur?!”

Sakinlər qeyd ediblər ki, icra nümayəndələri onlarla görüşüb, lakin evlərlə bağlı dəqiq söz deyilməyib.

Kompensasiya məsələsinə gəlincə, sakinlərin sözlərinə görə, bu mövzu ilə əlaqədar onların suallarına cavab verilmir:

“Deyirlər ki, məsələ Nazirlər Kabinetinin nəzarətindədir, müvafiq danışıqlar aparılır. Biz buradan heç yerə köçən deyilik, hazırkı vəziyyətimizi suriyalılarla müqayisə etmək olar. Evimizə köçməyənə qədər odun ətrafında yığışacağıq”.

Təhlükəsizlik tədbirləri ilə əlaqədar, əraziyə qaz, su və işığın verilişi dayandırılıb.



Reytinq: