» » Mübariz İbrahimovun doğulub boya-başa çatdığı kəndə avtomobil yolu çəkildi


Mübariz İbrahimovun doğulub boya-başa çatdığı kəndə avtomobil yolu çəkildi

11-05-2017, 00:11
Oxunub: 515
Çap et
Mübariz İbrahimovun doğulub boya-başa çatdığı kəndə avtomobil yolu çəkildi
Biləsuvar rayonunun Əliabad kəndinə çəkilən avtomobil yolu əsaslı təmir və yenidənqurmadan sonra əhalinin istifadəsinə verilib.

Rayon rəsmilərinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrnini və kənd sakinlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev kənd əhalisini təbrik edərək bildirib ki, Əliabad Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğulub boya-başa çatdığı kənddir. Bu kənddə və rayonun digər yaşayış məntəqələrində insanlarımızı narahat edən heç bir problem olmamalıdır.

İcra başçısının sözlərinə görə son illər Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı və birbaşa köməkliyi sayəsində rayonun infrastrukturunda əsaslı işlər aparılıb, yeni-yeni təhsil, səhiyyə ocaqları inşa olunub, əhəmiyyətli magistral yollar tikilib. Əliabad kəndinin yeni inşa olunan avtomobil yolu da Prezidentimizin rayona, kənd sakinlərinə göstərdiyi qayğının bariz nümunəsidir.Uzun müddət istifadə olunduğu üçün yol yararsız vəziyyətə düşüb. İnsanlar bu yoldan istifadə zamanı əziyyət çəkiblər. Yeni salınan yol isə müasir tələblərə cavab verməklə onun kənarlarında abadlıq və təmizlik işləri aparılıb, yol nişanları dəyişdirilib, körpü və sukeçirici qurğular yenilənib. Yolun üzünluğu 2 km olmaqla, eni 5-6 metrdir. Bu yoldan kəndə Milli Qəhrəman Mübariz İbrahimovun ata evini ziyarətə gələn qonaqlar da rahatlıqla istifadə edəcək.

Sonra M. Quliyev bu açılışın Ümummilli Lider Heydər Əliyevin doğum gününə təsadüf etməsini qeyd edərək bildirib ki, Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə daim ölkəmizin, hər bir rayonun, kəndin abad olması, insanların rahat yaşaması üçün bütün qüvvəsini sərf edib.
Sonda M. Quliyev yolun tikintisini aparan insanlara minnətdarlığını çatdırıb.

Tədbirdə çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Sonda açılışını bildirən rəmzi qırmızı lent kəsilib və yol istifadəyə verilib.
SİVİL.AZ



Reytinq: