» » DJ Tural dəhşətli qəzaya görə yol polisini ittiham etdi: Bunu onlardan başqa hamı görürdü - VİDEO


DJ Tural dəhşətli qəzaya görə yol polisini ittiham etdi: Bunu onlardan başqa hamı görürdü - VİDEO

9-03-2017, 23:00
Oxunub: 431
Çap et
DJ Tural dəhşətli qəzaya görə yol polisini ittiham etdi: Bunu onlardan başqa hamı görürdü - VİDEO


Tanınmış DJ, "Avtostop" verilişinin aparıcısı Tural Yusifov,Bakı - Sumqayıt yolunda baş verən qəzayla bağlı yol polisini ittiham edib.

AZXEBER.COM xəbər verir ki, aparıcı bu haqda dəfələrlə efirdə danışdığını, lakin aidiyyatı qurumların bundan nəticə çıxarmadığını deyib:
"5 gəncimiz həyatını itirib. Bunun günahkarı kimdir? İlk olaraq sürücü və buna göz yuman Sumqayıt Dövlət Yol Polisi İdarəsi, sərnişin daşımaya nəzarət edən dövlət qurumlarıdır. Biz efirdən bu barədə danışdıq. Videoları yaydıq. Amma daşdan səs çıxdı onlardan səs çıxmadı. Bununla bağlı bizim dinləyicimiz Elməddin müraciət etmişdi. Necə ola bilər ki, bunu hamı görürdü amma DYP görmürdü. Axı bu necə baş verə bilər? Niyə heç kim öz üzərinə düşən vazifəni həvəslə və məsuliyyətlə icra etmək istəmir? Niyə axı gərək faciə olsun, kimisə işdən azad etsinlər, danlansınlar və daha sonra iş görülməyə başlasın.

Axı biz AvtoStop olaraq bundan danışırdıq. Hətta nömrələrini belə demişdik : 50 DE 916, 50 BN 091

İndi sizinlə həmin videonu yenidən bölüşürəm. Bir mikroavtobusda 35 (!) nəfər daşınır. Bu gün isə faciə baş verdi. Allah rəhmət etsin.



Reytinq: