» » Yumurta niyə ucuzlaşdı?


Yumurta niyə ucuzlaşdı?

7-02-2017, 15:25
Oxunub: 626
Çap et
Yumurta niyə ucuzlaşdı?

Aydın Vəliyev: «Bayramqabağı qiymətlər əvvəlki səviyyəyə qayıda bilər» Eyyub Hüseynov: «Üstündə istehsalçının adı olan yumurtadan istifadə etmək lazımdır»
Paytaxt bazarlarında satılan yumurtanın qiymətində enmə müşahidə olunur. Əvvəllər 18- 20 qəpiyə satılan broyler yumurtası indi 13-15 qəpiyə təklif olunur. Satıcıların da dediklərindən məlum olur ki, qiymət endirimini hər şirkət fərqli həyata keçirib. Yəni şirkətlərdən bəzisi 3 qəpik endirim etdiyi halda, bir qism şirkətlərin istehsal etdiyi yumurta 5 qəpik ucuzlaşıb. Hətta bazarda 10 qəpiyə də yumurtaya rast gəlmək mümkündür. Bəs bu fərq nədən yaranır?

Respublika Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev deyir ki, qiymətləri bazar və şirkətlər özü tənzimləyir. Ona görə də fərqlərin olması normalıdı. O ki qaldı ucuzlaşmanın səbəbinə, bu, istrehsalın artması ilə əlaqədardır. Bayramqabağı tələbatın artması fonunda qiymətlərin əvvəlki səviyyəyə qayıtması da istisna olunmur.

Ucuzlaşma kənd yumurtasına da sirayət edib. Belə ki, bir neçə gün əvvəl 25 qəpiyə satılan kənd yumurtası indi 18 qəpikdən təklif olunur. Amma toyuq ətində ucuzlaşma qeydə alınmayıb.
Aydın Vəliyev deyir ki, hələlik toyuq ətinində qiymət dəyişikliyi gözlənilmir.

Azad İstehlakçılar Birliyinin əsdri Eyyub Hüseynov Bizimyol.info-ya açıqlamasında prezidentin çıxışına istinad edərək deyir ki, Azərbaycan yumurta ilə özü-özünü təmin edir. «Çox təəssüflər olsun ki, belə olan şəraitdə xaricdən Azərbaycana yumurta gətirilirdi: “Türkiyədən vaxtı keçmiş yumurtalar alınırdı. Bu saat quş ətində də problemlər var. Ancaq dövlət müəyyən siyasət apardı. Nəticədə yerli broyler fabrikləri də bu siyasətə dəstək verdilər. Yumurta ilə Azərbaycan özü özünü təmin edir. Bu inzibati yollarla yox, tələb-təklif prinsipi ilə formalaşıb. Qiymətin aşağı düşməsi ilə bağlı məndə real məlumat yoxdur. Əgər həqiqətən belədirsə, bu Azərbaycan tarixində nadir olan hadisələrdəndir. Çünki Azərbaycanda bir daha yüksələn qiymət bir daha enmir”.

E.Hüseynovun sözlərinə görə, yumurtanın qiymətinin xüsusi ilə bayram qabağı enməsi təqdirə layiq hadisədir: “Broylerçilər Aəzrbaycan tarixində ilk dəfə bunu edirlərsə, demək bu digər biznes qurumlarına böyük mesajdır. Onlar da bunun arxası ilə getməlidir”.

E.Hüseynov mağaza və marketlərdən hansı yumurtalara üstünlük verilməli olduğu ilə bağlı bildirib ki, bütün hallarda yerli yumurtalar üstün və yaxşıdır: “Hansı yumurtanın üzərində istehsalçının adı varsa, mütləq o yumurtaya üstünlük versinlər. Hər bir yumurtanın üzərində istehsalçı ştampla öz adını yazır. Üstəlik hansı yumurtanın üzərində adı ilə birgə buraxılma tarixi varsa, o idealdır və əsl yumurta istehsalçısıdır. Üzərində ad yazılmayan yumurtalardan ehtiyat etmək lazımdır, çünki bəzən saxta olur. Belə yumurtalar bizim ofisimizdə də var”.



Reytinq: