CIA-nın uzun müddət gizli qalmış ARQO əməliyyatı » Milliyet.Az

CIA-nın uzun müddət gizli qalmış ARQO əməliyyatı

CIA-nın uzun müddət gizli qalmış ARQO əməliyyatı
6 nəfəri xilas etmək üçün hazırlanmış inanılmaz plan

1947-ci ildə yaradılmış CIA-nın (Mərkəzi Kəşfiyyat İdarəsi) indiyə qədər bir çox uğurlu əməliyyatı olub. Təşkilatın əməliyyatları uzun zaman gizli saxlanıldığı üçün CIA-nın işlərindən çoxları gec xəbər tutur. CIA-nın gizli əməliyyatlarından biri də "ARQO" əməliyyatıdır. Bizimyol.info bu dəfə 18 il gizli qalmış "ARQO" əməliyyatı haqqında məlumatı sizlərə təqdim edir:
CIA-nın uzun müddət gizli qalmış ARQO əməliyyatı
1979-cu ildə İranda yaşanan hadisələr şahın ölkədən qaçması ilə başa çatdı. İran şahı müalicə adı altında ölkəni tərk etdi. Şahın ölkəni tərk eləməsi ilə "Şah dövrü" başa çatdı. Hadisələr zamanı ABŞ-a nifrət edən qəzəbli kütlə, ABŞ-ın İrandakı səfirliyinə hücum etdi. Səfirliyin 52 işçisi girov götürüldü, 6 nəfər isə qaçıb Kanada səfirliyində gizlənməyi bacardı. Səfirlik işçilərinin girov götürülməsi, ABŞ üçün utancverici bir hadisə idi. Qısa zaman sonra inqilab keşikçiləri 6 nəfərin qaçdığını anladı və onların axtarılması üçün işlərə başlanıldı.

ABŞ-da isə CIA-nın (Mərkəzi Kəşfiyyat İdarəsi) iclası keçirildi və 6 nəfərin mütləq sağ-salamat ABŞ-a qaytarılması planı hazırlandı. ABŞ-ın qaçan işçiləri mütləq geri qaytarmaq istəməsinin əsas səbəbi o idi ki, qaçan 6 nəfər digərlərindən fərqli olaraq həbs ediləcəkləri halda edam ediləcəkdilər. Bu isə ABŞ üçün böyük rəzalət olacaqdı. İran 6 səfirlik işçisinin casus olduqları üçün qaçdıqlarını düşünürdü. CIA qısa zamanda bir neçə plan hazırladı. Planları təklif edən CIA səlahiyyətliləri rəhbərliyə ətraflı məlumat verdilər. Lakin bütün planlar uğursuzluğa düçar ola biləcəyi üçün ləğv edildi və yenidən əməliyyat planının hazırlanması tapşırıldı. Sonda əməliyyat planı hazırlandı. İş Antonio Joseph Mendez ("Toni") adlı bacarıqlı bir casusa tapşırıldı. Plana görə Toni Mendez Kanada pasportu ilə İrana getməli və orada guya çəkəcəyi film barədə bəzi yerlərə baxmalı idi. Daha sonra Mendez, Kanada səfirliyində gizlənmiş 6 səfirlik işçisi ilə əlaqə yaratmalı və onlara hazırlanmış 6 saxta Kanada pasportunu verməli idi. Bir neçə gün sonra isə bu pasportlar sayəsində Mendez onları ölkədən çıxarmalı idi.
CIA-nın uzun müddət gizli qalmış ARQO əməliyyatı
Plana uyğun olaraq qısa bir zamanda çəkiləcək saxta film barədə mediada bəzi xəbərlər yayıldı. Filmin adı isə "Arqo" olmalı idi. Buna görə də əməliyyatın adı "Arqo" adlanırdı. CIA o dövrdə yeni məşhurlaşan Steven Spielberqin ssenarisini seçdi. Qısa zamanda afişalar ABŞ-da yayıldı. Los Anceles şəhərlərində dərc olunan kino jurnallarda “Arqo” filminin çəkilişlərinin başlaması ilə bağlı elanlar verildi. Bəzilər isə filmi həqiqətən də səbirsizliklə gözləyirdilər. Lakin ortada heç bir film yox idi. Filmin saxta olmadığını inandırmaq üçün CIA, hətta mətbuat konfransı da təşkil etdi. Aktyorlar mətbuat konfransında çıxış etdi.

Toni Mendezin Tehran səfəri...

İşə başlayan Toni Mendez nəhayət Tehrana yola düşdü. Tehrana gələn Toni Mendez ilk olaraq İranın Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayaraq onlara film çəkmək üçün bəzi yerlərə baxacağı barədə məlumat verdi. Beləliklə o bununla güvən qazanmağa çalışdı. Daha sonra Kanada səfirinin evinə gələn Toni, 6 səfirlik işçisi ilə görüşməyi bacardı. Toni onlara hər şeyi izah edərək qaçmaq üçün başqa variantlarının olmadığını bildirdi. Bəzi səfirlik işçiləri buna razı olmasa da başqa əlacları qalmamışdı.

Toni Tehranda bəzi şəxslərlə görüşərək özünü film şirkətinin rəhbəri kimi qələmə verir və çəkiləcək fantastik film üçün bir neçə yerə, xüsusən bazarlara və mərkəzi yerlərə, meydanlara baxmaq üçün gəldiyini deyirdi. Toni bir neçə gün sonra 6 nəfəri ölkədən çıxarmaq üçün hərəkətə keçdi. O, çəkiləcək film haqqındakı afişaları və jurnalları özü ilə götürdü. Toni problem yaradan şəxslərə bunları göstərərək hamını inandırdı. O nəhayət 6 nəfəri ölkədən çıxarmağı bacardı. 6 ABŞ vətəndaşının Kanada pasportu ilə qaçdığını isə inqilab keşikçiləri təyyarə havada olarkən öyrəndilər. İran üçün hər şey artıq gec idi. Xüsusi əməliyyatla 6 ABŞ vətəndaşının xilas edilməsi xəbəri böyük sevincə səbəb oldu. Lakin heç kim onların necə xilas edildiyini bilmədi.

Daha sonra isə "Arqo"adlı filmin (saxta) çəkilişlərinin bəzi səbəblərə görə dayandırıldığı bəyan edildi. Toni Mendez isə CIA-nın gizli keçirdiyi tədbirində mükafatlandırıldı. Bir neçə ay sonra isə digər girovlar da geri qaytarıldı. 1997-ci ildə prezident Bill Klinton tərəfindən "Arqo" əməliyyatının gizliliyi götürüldü və hər şey insanlara məlum oldu. Toninin mükafatı özünə qaytarıldı.

Gizliliyi qaldırılan əməliyyatla bağlı uzun illər məqalələr yazıldı, sənədli filmlər çəkildi. 2012-ci ildə isə əməliyyatla bağlı "Arqo" filmi çəkildi. Rejissoru Ben Afflek olan film, qısa zamanda xeyli izləyici topladı və “Oskar” mükafatına layiq görüldü. Lakin İran hökuməti həqiqətə uyğun olmayan fikirləri təbliğ etməsi və ölkənin imicinə xələl yetirməsini əsas gətirərək “Arqo” filmini beynəlxalq məhkəməyə vermək qərarına gəldi. Vəkillər və səllahiyyətlər filmlə bağlı öz etirazlarını səsləndirdilər.

ABŞ-ın nüfuzlu “Foreign Policy” jurnalının hüquq məsləhətçisi Kori Endryus isə İranın iddia açmasının mümkün olmadığını dedi: “İran nüfuzuna xələl gəldiyini və ya maliyyə baxımından bir zərərə uğradığını sübut edə bilməzsə, “Arqo”ya iddia aça bilməyəcək. Filmdəki hadisələr 1979-cu ildə baş verənlərlə əsaslandırılır. Həmin vaxt hakimiyyət başında olan İran İslam inqilabının banisi, ali dini lider, ayətullah Xomeyni vəfat etdiyi üçün bu iddialar sübuta yetirilə bilməz”.
CIA-nın uzun müddət gizli qalmış ARQO əməliyyatı
Harvard Universitetinin hüquq professoru Noah Feldman isə bildirib ki, İran filmin göstərildiyi hər hansı bir ölkədə iddia aça bilər: “Ancaq İranın uğradığı zərəri sübut etməsi çox çətindir”.

Qeyd edək ki, əməliyyatda iştirak edən Toni, hal-hazırda ABŞ-ın Merilend ştatında ailəsi ilə birlikdə yaşayır.
  • Sosial şəbəkədə paylaş