» » Sədərək gömrüyünün rəisinə qarşı FETÖ və qaçaqmalçılıq iddiası


Sədərək gömrüyünün rəisinə qarşı FETÖ və qaçaqmalçılıq iddiası

15-11-2016, 23:22
Oxunub: 810
Çap et
Sədərək gömrüyünün rəisinə qarşı FETÖ və qaçaqmalçılıq iddiası


Sədərək Gömrük İdarəsində qanunazidd əməllər olması barədə mediada yazı dərc edilib. Arazmedia.az saytı iddia edir ki, oradan yük nəqliyyatı vasitəsi ilə insan qaçaqçılığı həyata keçirilir. Məqalədə qeyd edilir ki, qaçaq keçmək istəyən insanlar maddi maarq müqabilində yük avtomobillərinin görünməyən yerlərində gizlədilir, sənədləri olmayan və hüquq-mühafizə orqanalrından gizlənən şəxslər qarşı tərəfə yəni, Iğdır Vilayətindəki "Dilucu" sərhəd keçid məntəqəsinə keçirirlər.
“Təxminən 5 gün öncə, belə qaçaq yolla Türkiyə tərəfə keçirilmiş Azərbaycan vətəndaşı, "Dilucu" gömrükçüləri tərəfindən aşkar edilmiş və tutularaq, Naxçıvana geri təhvil verilmişdir” – qeyd olunan yazıda vurğulanır ki, bu, orada mütəmadi olaraq baş verir. “Bu hal artıq o həddə çatıb ki, insanlar, "pulunu ver, Sədərək gömrüyündən keç" ifadəsini açıq-aşkar səsləndirirlər. Hətta, idarə rəisi Mirməhəmməd Seyidov və işçiləri dəfələrlə məhz buna görə, Naxçıvan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dindirilib. Onlardan biri həbsdə saxlanılmış, didər üçü isə həbssiz istintaqa cəlb olunmuşlar. Lakin hansısa "gözəgörünməz" qüvvə hər dəfə Seyidovu həbsdən xilas edib”.
Məqalə müəllifi onu da əlavəı edir ki, bir müddət öncə Mirməhəmməd Seyidovu Türkiyənin Qars şəhərinin hava limanında bu ölkənin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları saxlamışdı. “Həmin vaxt Dilucu sərhəd keçid məntəqəsində keçirilən əməliyyat zamanı Seyidovdan başqa 7 gömrük işçisi 10 daşıma şirkətinin sahibi də daxil olmaqla 17 nəfər saxlanılmışdı”. Əlavə edilir ki, onlar rüşvət, qaçaqmalçılıq və digər hüquqazidd əməllərdə şübhəli kimi saxlanılıblar.
Sayt Türkiyə mətbuatına istinad edərək yazır ki, saxlanılanların sorğu-sualı zamanı rüşvətin Sədərək gömrüyündə Mirməhəmməd Seyidov tərəfindən toplandığı, daha sonra Türkiyə tərəfinə aparılaraq, tərəflər arasında bölüşdürüldüyü ortaya çıxıb. “Həmçinin hər iki tərəfdən olan gömrükçülərin telefon danışıqları da məlum olub. Məlumatlarda bildirilir ki, Türkiyə tərəfindəki gömrük məmuru Seyidovu cib telefonu ilə arayanda “Sancılandım, mənə dərman göndər” deyərək pay istəyirmiş. Seyidovun isə qarşı tərəfə “Sancın üçün dərman göndərdim” deyə cavab verdiyi bildirilir. Normal günlərdə isə Sədərək Gömrük İdarəsinin rəisi toplanan rüşvət pullarını paket içində əməkdaşlıq etdiyi adamlara pay verirmiş”.
Yazıda Məhəmməd Seyidovun Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nun rəhbəri Fətulla Gülənin Naxçıvandakı ən sadiq adamlarından olduğu, Türiyədə qanunsuz əməllərinə görə həbs olunanda, məhz FETÖ tərəfindən azad etdirildiyi də iddia edilir. “Onun zaminə buraxılmağı üçün 5.000.000 milyon dollar Türkiyə məhkəməsinə pul verildiyi deyilir. O da qeyd olunur ki, Qars məhkəməsinin hakimləri, zaman-zaman Naxçıvana gələrək, açıq qalmış cinayət işi ilə bağlı Məhəmməd Seyidovu dindirirlər. FETÖ-nünn Naxçıvanda olan tərəfdaşlarını adıkeçən gömrük rəisinin maliyyələşdirdiyi iddia olunur” – deyə qeyd olunan yazıda qeyd edilir ki, iddialarla bağlı Sədərək Gömrük İdarəsi ilə əlaqə saxlamaq cəhdləri boşa çıxıb.

Sədərək gömrüyünün rəisinə qarşı FETÖ və qaçaqmalçılıq iddiası



Reytinq: