» » Məktəbdə hər birimizə səhv öyrədilən 5 mifik məlumat - FOTOLAR


Məktəbdə hər birimizə səhv öyrədilən 5 mifik məlumat - FOTOLAR

5-11-2016, 23:07
Oxunub: 687
Çap et
Məktəbdə hər birimizə səhv öyrədilən 5 mifik məlumat - FOTOLAR

Uşaq vaxtı bizə öyrədilən şeylərin bir çoxu həqiqəti özündə əks etdirmir.

1. Napoleon və boyu
Məktəbdə hər birimizə səhv öyrədilən 5 mifik məlumat - FOTOLAR


Qısaboylu olduğu hər kəs tərəfindən düşünülən Napoleonun boyu əslində 1.68 sm olub. Bizə isə bu rəqəm 1.50-1.58 arasında öyrədilib. Əslində normal boyu olan Napoleonun müasir liderlərlərlə müqayisəli şəklindən də gördüyünüz kimi, bu "fakt" həqiqəti əks etdirmir.

2. Qırmızı rəng və öküzlər..
Məktəbdə hər birimizə səhv öyrədilən 5 mifik məlumat - FOTOLAR


Bizə öyrədilənin əksi olaraq, öküzlər qırmızı rəngə heç də həssas deyillər. Çünki onların ümümiyyətlə rəngseçmə qabiliyyətləri yoxdur. Yəni, bizə illərdir deyilən bu şey mifdən başqa bir şey deyil. Öküzləri bu döyüşlər zamanı ən çox əsəbləşdirən şey isə məhz matadorların əllərində tutduqları obyektləri təkrar-təkrar tərpətməsidir. Bir daha vurğulayırıq ki, öküzün qırmızı rəngə hücum etməsiylə bağlı olan inanc tamamilə səhvdir. Korrida zamanı qırmızı rəngin istifadəsi tamamilə tamaşaçıların diqqətini cəlb etməyə hesablanmışdır. Öküzlər isə cuşa gəlmiş tamaşaçıların gurultularından və matadorların hərəkətlərindən coşmağa başlayırlar.

3. Beynimizi nə qədərini işləkdir?
Məktəbdə hər birimizə səhv öyrədilən 5 mifik məlumat - FOTOLAR


Tez-tez bizə deyilirdi ki, guya biz beynimizin ancaq 10 faizindən istifadə edirik, qalan 90 faizin potensialını isə dəyərləndirə bilmirik. Artıq bu sahədə mütəxəssis olan bir çox dünya alimləri də bunun uydurma bir fakt olduğunu təsdiqləyir. Əslində beynimizin böyük bir hissəsini daima aktiv şəkildədir və biz beynimizdən bütövlüklə istifadə edirik.

4. Çin Səddini Kosmosdan görmək olurmu?
Məktəbdə hər birimizə səhv öyrədilən 5 mifik məlumat - FOTOLAR


Bəli, bəli! Bu da kosmik miflərdən biridir. Bizə deyilənə görə, Çin səddini kosmodan çılpaq gözlə müşahidə etmək mümkündür. Əslində isə bu tamamilə ağ yalandır. Çin səddi kosmosdan ancaq bir radar vasitəsilə görülə bilər.

5. Kristofor Kolumb əslində kim idi?

Məktəbdə hər birimizə səhv öyrədilən 5 mifik məlumat - FOTOLAR


Biz onu yeni dünya kəşf edən qəhrəman olaraq tanımışıq. Əslində isə Kolumb çox varlı bir kölə taciridi olub. Telegraph bu barədə yazır:

"Kolumb kişi, qadın və uşaqları İspaniyaya aparmaq üçün yola çıxmış və onları eyni sirk heyvanları kimu köləyə çevirmişdi. İnsanların çoxu bu səyahət əsnasında tələf olmuş və qalanları da növbəti 6 ay ərzində həlak olublar."

Bir sözlə, Kolumb bizə məktəbdə deyildiyi kimi, yeni dünya tapan əsrarəngiz səyyah yox, insanları qula çevirmək üçün dünyanı gəzən bir cinayətkar olub.(pahoo.az)








Reytinq: