» » Ötən günlərdə sosial şəbəkələrdə saxta iş elanı yayılıb.


Ötən günlərdə sosial şəbəkələrdə saxta iş elanı yayılıb.

19-10-2016, 15:42
Oxunub: 884
Çap et
Ötən günlərdə sosial şəbəkələrdə saxta iş elanı yayılıb.


Natiq Axund: "Adım və şəkil saytdan çıxarılsa da, mənim haqqımda təkzib xəbəri dərc olunmayıb. Xəzər TV də bu xəbəri efirdə yayımlayıb. Məlumatı təkzib etməlidirlər və üzr istəməlidirlər".

"Bu elanı minlərlə sosial istifadəçi paylaşıb, amma məhz mənim profilim mediada yayılıb".

Bəzi yerli media qurumları sosial şəbəkədə yayılan saxta iş elanıyla bağlı xəbərlər hazırlayıb.

Milliyet.az İslamazeri.az-a istinadən xəbər verir ki, məlumatlarda tanınmış rejissor Natiq Axundun adı hallanıb. Belə ki, mediada məhz onun facebook statusu gündəm mövzusu olub. Hətta televiziya kanalında efirə gedən mövzuyla bağlı materialda onun statusu görüntülənib. Digər istifadəçilər də buna inanaraq sözügedən elanı öz profilində paylaşıb. Lakin yalnız N.Axundun profilindəki paylaşım həm saytlarda, həm də telekanalda yer alıb.

Rejissor və media nümayəndəsi olan Natiq Axund mətbuatda yayımlanan xəbərlərlə bağlı narahatlığını ifadə edib. Bu barədə N.Axund islamazeri.az-a açıqlama verib. O, sadəcə, işsizlərə yardım məqsədiylə sözügedən statusu paylaşdığını bildirib. Rejissorun sözlərinə görə, elan onun özünə də whatsapp vasitəsilə göndərilib.

"Xəbər "Qafqazinfo" saytında dərc olunandan sonra onlarla əlaqə saxladım. Mənə bildirdilər ki, Günel Hacı adlı yeni işçinin səhlənkarlığıdır. Sonra məlumatdan şəklimi götürdülər, xəbər olduğu kimi qaldı. Ardınca onlardan adımın çıxarılmasını və təkzib olunması barədə məlumatın dərc edilməsini tələb etdim. Həmçinin bununla bağlı məhkəməyə müraciət edəcəyimi söylədim. Belə səriştəsizlik olmaz. Adım və şəkil saytdan çıxarılsa da, mənim haqqımda təkzib xəbəri dərc olunmayıb. Xəzər TV də bu xəbəri efirdə yayımlayıb. Məlumatı təkzib etməlidirlər və üzr istəməlidirlər. Mənim mövqeyimi öyrənmədən belə xəbəri hazırlamaq jurnalistika prinsiplərinə ziddir", - deyə rejissor qeyd edib.



Reytinq: