» » SƏFƏROVUN 4,5 MİLYONLUQ VİLLASI QALMAQALA SƏBƏB OLUB - 1 milyonluq çəkişmə + FOTO


SƏFƏROVUN 4,5 MİLYONLUQ VİLLASI QALMAQALA SƏBƏB OLUB - 1 milyonluq çəkişmə + FOTO

18-10-2016, 19:44
Oxunub: 509
Çap et
SƏFƏROVUN 4,5 MİLYONLUQ VİLLASI QALMAQALA SƏBƏB OLUB - 1 milyonluq çəkişmə + FOTO

2014-cü ildə aralarında 4.5 milyonluq villa alveri olan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovla
ATV-nin keçmiş direktoru, Diaspor Komitəsinin rəhbəri Nazim İbrahimovun qardaşı Tağı İbrahimov arasında ciddi problemlər yaranıb.

Hurriyyet.org BakiPost.az-a istinadən xəbər verir ki, problemə səbəb həmin villanın pulunun tam ödənilməməsidir. Məlumata görə, Bayram Səfərov mülkün pulundan 1 milyon manat saxlayıb və indi onu ödəməkdən imtina edir. Bildirilir ki, alğı-satqı vaxtı villanın sənədlərində müəyyən çatışmazlıq olduğuna görə, Səfərov puldan 1 milyon manat əskik verib. Belə razılığa gəliblər ki, sənədlər qaydasına salınandan sonra qalan pul ödəniləcək. Lakin aradan iki il vaxt ötməsinə baxmayaraq, nə sənədlər qaydasına düşüb, nə də T.İbrahimovhəmin 1 milyondan əl çəkir.

Məlumata görə, məsələnin həlli üçün Diaspor Komitəsinin sədri Nazim İbrahimov da dəfələrlə Bayram Səfərovla görüşüb. O, Səfərovu inandırmağa çalışıb ki, pul

ödəndikdən sonra sənədlər qaydasına düçəcək.
SƏFƏROVUN 4,5 MİLYONLUQ VİLLASI QALMAQALA SƏBƏB OLUB - 1 milyonluq çəkişmə + FOTO




SƏFƏROVUN 4,5 MİLYONLUQ VİLLASI QALMAQALA SƏBƏB OLUB - 1 milyonluq çəkişmə + FOTO


Lakin tərəflər arasında razılıq əldə olunmayıb.

Hazırda həmin pulun alınması üçün Tağı İbrahimovun müxtəlif instansiyalara müraciət etdiyi də yayılan xəbərlər arasındadır.

İbrahimovun Novxanıda tikdirdiyi çox dəbdəbəli villasını Bayram Səfərovun alması barədə məlumat 2014-cü ilin yanvarında yayılmışdı.
SƏFƏROVUN 4,5 MİLYONLUQ VİLLASI QALMAQALA SƏBƏB OLUB - 1 milyonluq çəkişmə + FOTO


SƏFƏROVUN 4,5 MİLYONLUQ VİLLASI QALMAQALA SƏBƏB OLUB - 1 milyonluq çəkişmə + FOTO


Məlum olmuşdu ki, əvvəlcə 10 milyona satışa çıxarılan villa nəhayətdə 4.5 milyona satılıb. Həmin vaxt Tağı İbrahimov villasının Moskvada yaşayan iş adamına satdığını, lakin ad çəkmək istəmədiyini bildirmişdi.

Bir müddət sonra isə həmin villanı Bayram Səfərovun aldığı bəlli olmuşdu.

Qaçqın rayonlarından birinə başçılıq edən Səfərovun bu qiymətə villa alması mediada və sosial şəbəkələrdə ciddi müzakirə olunmuş, ona yönəlik çoxlu ittihamlar səslənmişdi.

Qeyd edək ki, Tağı İbrahimovun Novxanıda yerləşən villasını Bayram Səfərovun almasını “AzPolitika.info” araşdırıb ortaya çıxarmışdı. Həmin dövrdə villanın yeni sahibinin biznes-ledi Ruhi Əliyeva olması barədə xəbərlər yayılmışdı. Ancaq Ruhi “AzPolitika.info”-ya açıqlamasında məlumatı təkzib etmişdi.
SƏFƏROVUN 4,5 MİLYONLUQ VİLLASI QALMAQALA SƏBƏB OLUB - 1 milyonluq çəkişmə + FOTO


SƏFƏROVUN 4,5 MİLYONLUQ VİLLASI QALMAQALA SƏBƏB OLUB - 1 milyonluq çəkişmə + FOTO




Bundan sonra saytımızın araşdırmaları nəticəsində villanın Bayram Səfərovun tərəfindən 4,5 milyon manata(o vaxtkı məzənnə ilə təxminən 6 milyon dollara-red.) alındığı müəyyən edilmişdi. Saytımızın əməkdaşları vilanın şəklini də çəkə bilmişdilər. Həmin fotonu aşağıda təqdim edirik.
SƏFƏROVUN 4,5 MİLYONLUQ VİLLASI QALMAQALA SƏBƏB OLUB - 1 milyonluq çəkişmə + FOTO



Reytinq: