» ATV-dən efirdə səslənmiş nalayiq ifadə ilə bağlı AÇIQLAMA


ATV-dən efirdə səslənmiş nalayiq ifadə ilə bağlı AÇIQLAMA

16-04-2015, 08:37
Oxunub: 566
Çap et
ATV-dən efirdə səslənmiş nalayiq ifadə ilə bağlı AÇIQLAMA






Telekanaldan Lent.az-a daxil olan açıqlamada bildirilir: “ “Səbəbkar” verilişində Aşıq Ədalətin rəqqasə Aytənin və Aşıq Namiqin ünvanına işlətdiyi təhqiramiz ifadələr ATV-nin efirində getməyib. Bunu sübut etmək üçün istənilən vətəndaş və ya qurum monitorinq saytlarına və Teleradio şurasına müraciət edərək verilişin efirə gedən lent yazısına baxa bilər. Efirə getməyən, digər sosial şəbəkələrdə yerləşdirilən nalayiq ifadələrə görə isə ATV məsuliyyət daşımır. Televiziya məhsullarının istehsalı ilə məşğul olan insanlar bilirlər ki, hər hansı bir verilişin studiya çəkilişində iştirakçıları bu və ya digər formada fikirlərini ifadə edə, hətta adekvat olmayan hərəkətlərə yol verə bilərlər. Lakin bu məqamlar veriliş efirə hazırlanarkən ciddi şəkildə montaj edilir və efirə verilmir. Sözügedən görüntülərin sosial şəbəkələrdə kimin tərəfindən yerləşdirilməsi isə hazırda araşdırılır və bu istiqamətdə müvafiq işlər aparılır. Bu məsələylə bağlı “ATV-nin efirində” ifadəsini işlədən həmkarlarımızın nəzərinə bir daha çatdırırq ki, ATV-nin efirində gedən audiovizual materiallarla sosial şəbəkələrə yerləşdirilən materialları qarışdırmasınlar”.



Reytinq: