» “Qara qızıl” kəskin bahalaşdı


“Qara qızıl” kəskin bahalaşdı

16-04-2015, 08:31
Oxunub: 532
Çap et
Neftin dünya bazarlarındakı qiyməti bahalaşmağa davam edir
“Qara qızıl” kəskin bahalaşdı
Neftin dünya bazarlarında qiyməti bahalaşmağa başlayıb.

milliyyet.az-ın məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində yenidən bahalaşma qeydə alınıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.33 dollar (0.59%) artaraq 56.06 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.60 dollar (0.95%) bahalaşaraq 62.72 dollar olub.

Qeyd edək ki, ötən gün WTI neftinin 1 barelə görə qiyməti 53.65, Brent markalı neftin 1 barelinin qiyməti isə 58.81 dollar idi.
Mənbə
ANS PRESS



Reytinq: