» Azərbaycanlı qadınları fahişə edənlər aşkarlandı


Azərbaycanlı qadınları fahişə edənlər aşkarlandı

15-04-2015, 11:50
Oxunub: 469
Çap et
Anufriyeva və Bəhərçinova cinayət əlaqəsinə giriblər.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi məlumat yayıb.

milliyyet.az idarənin saytına istinadən xəbər verir ki, aprelin 3-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşları 1975-ci il təvəllüdlü, Bakı şəhər sakinləri Anufriyeva Kəmalə Bülbül qızı və 1994-cü il təvəllüdlü Bəhərçinova Aysel Bəhram qızının bir qrup şəxslə cinayət əlaqəsinə girməsi və cinsi istismar məqsədi ilə Azərbaycan Respublikası vətəndaşı olan qadınları Türkiyə Respublikasının İzmir şəhərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.



Reytinq: