» Rektorun qızını döyənlərə cərimə -


Rektorun qızını döyənlərə cərimə - 11 min

17-03-2015, 20:04
Oxunub: 478
Çap et
Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızını döyən şəxslər cərimə edilib.
Rektorun qızını döyənlərə cərimə -
















milliyyet.az azvision.az-a xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədovun avtosfer.az-a verdiyi məlumata görə, sürücü Elin Məmmədov idarə etdiyi «Bentley» markalı, 90 KU 050 dövlət nömrə nişanlı avtomobillə müxtəlif qayda pozuntuları törətdiyi üçün onun barəsində müvafiq tədbir görülüb.

Belə ki, E.Məmmədov barəsində 94 MMX radarı olub. Bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsində hər bir qayda pozuntusu üzrə qərar qəbul edilib. Bunun nəticəsində sürücü Elin Məmmədov 11 min 600 manat cəriməni dövlətə ödəyib.

Bundan əlavə, 2014-cü ilin avqust ayında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qəbul etdiyi qərarla Elin Məmmədovun sürücülük şüququ 6 ay müddətinə məhdudlaşdırılıb: «Bu məlumatları yayarkən dəqiqləşdirmək lazımdır. Yayılan məlumatların heç bir əsası yoxdur. Həmin sürücü nə qədər qayda pozubsa, hamısının cəriməsini ödəyib və sürücülük hüququndan da məhrum edilib».



Reytinq: