» Bakı İcra Hakimiyyəti ilə bağlı parlamentə HESABAT


Bakı İcra Hakimiyyəti ilə bağlı parlamentə HESABAT

13-03-2015, 13:04
Oxunub: 502
Çap et
Hesablama Palatası Kollegiyasının iclası keçirilib. Lent.az-ın məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Xətai rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı Şəhər İcra Hakimiyyətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılan vəsaitlərin, həmçinin Məcburi Köçkünlərin İnkişaf Fondu tərəfindən həyata keçirilən “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi” layihəsi üzrə dövlət büdcəsi vəsaiti və Dünya Bankından cəlb edilmiş kredit vəsaitlərinin istifadə vəziyyətinə dair hesabatlar və rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.



Reytinq: