» Nərimanov rayonunda sərnişin avtobusu aşıb, xəsarət alanlar var


Nərimanov rayonunda sərnişin avtobusu aşıb, xəsarət alanlar var

21-12-2016, 11:08
Oxunub: 68
Çap et
Nərimanov rayonunda sərnişin avtobusu aşıb, xəsarət alanlar var


Nərimanov rayonu Ziya Bünyadov prospektində, Olimpiya stadionun qarşısında sərnişin avtobusu idarəetməni itirərək yüksək sürətlə dayanacağa çırpılıb. Hadisə səhər saatlarında qeydə alınıb.

İnterAz-a verilən məlumata görə, qəza nəticəsində bir neçə maşın əzilib, yaralananlar var. Qəza zamanı maşınlardan biri yoldan çıxaraq stadionun həyətinə düşüb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı dayanacaqda olan sərnişinlərdən də yaralananlar olub. Yaralılar 1 nömrəli xəstəxanaya gətirilib.

Faktı Nərimanov Rayon Polis İdarəsnin əməkdaşları araşdırır.



Reytinq: